METBUAT.AZ

Sağlamlıq

Gec qəbul olunan şam yeməyi diabet və digər xəstəliklərə

24 may 2023 04:09

İnsan orqanizminin metabolik sisteminin fəaliyyəti əzəldən günorta yemək yeməyə, gecə vaxtı isə aclıq etməyə köklənib. Bu prinsipə riayət edilməməsi maddələr mübadiləsində pozuntularla bağlı ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə həkim-endokrinoloq Yelena Prokopenko bildirib. O hesab edir ki, vaxtından gec qəbul olunan şam yeməyi diabetin inkişafı riskini artırır və digər xəstəliklərin yaranmasına təsir edə bilər.

Yelena Prokopenko dəqiqləşdirib ki, vaxtından gec qəbul olunan qida qəbulunun sağlamlığa mənfi təsiri qəbul edilən qida məhsullarının növündən asılı deyil. Onlar orqanizmdə mənfi hormonal dəyişikliklərə, metabolizmin ləngiməsinə, artıq çəkinin yaranmasına meyilliyə səbəb ola bilər.

“Qidanın gecə vaxtı qəbulu periferik parçalarda insulinə qarşı həssaslığı və mədəaltı vəzi tərəfindən onun istehsalını dəyişdirir. Bundan başqa, o, gecə vaxtı vegetativ sinir sisteminin işinə və eləcə də qan təzyiqinə, bədən temperaturuna, iltihabın və plazma zülallarının göstəricilərinə, bağırsaq, dəri, digər orqanların mikrobiotasına təsir edir”, - deyə ekspert əlavə edib.

Endokrinoloq vurğulayıb ki, mənfi təsir hətta birdəfəlik gecə yeməyi qəbulu halında da müşahidə olunur. Bu zaman insanda qanda şəkər konsentrasiyası artır. Qida saat 20.00-dan sonra qəbul olunduqda, piy yığınlarının artması riski insanın yuxuya getməsi vaxtından asılı olmayaraq artır.


metbuat.az.