8 may 2023 10:12
Milli Məclisinin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclası keçirilir.
Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə "İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı" daxil edilib.
Qeyd edək ki, iclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov və başqa şəxslər iştirak edir.