METBUAT.AZ

İqtisadiyyat

“Günay Bank”ın kartı ilə maaş alanların

18 may 2023 12:07

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əməkhaqqı və plastik kartlardakı pullar Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək:

“Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”.

Qeyd edək ki, mayın 16-da Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğvi barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilir.


metbuat.az.