19 may 2023 22:48
Gürcüstan parlamentinin müxalifətdə olan “Strategiya Aqmaşenebeli” Partiyasından olan deputatı Giorgi Vaşadze ilə “Xalqın gücü” qrupunu təmsil edən millət vəkili İrakli (Daçi) Beraya cümə günü plenar iclasda əlbəyaxa dava ediblər.
Metbuat.az xəbər verir ki, hadisə parlamentdə Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurinin çıxışı zamanı baş verib.
Vaşadze çıxış üçün söz istəyib. O, çıxışı zamanı hakimiyyəti Rusiya Federasiyası ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və hökuməti Rusiya hakimiyyəti ilə dostluq etməkdə günahlandırıb. Bu, bəzi deputatların qəzəbinə səbəb olub.
Çıxışdan sonra Vaşadze kreslosuna qayıdıb və burada Beraya ilə sözlü atışma başlayıb. O, ayağa qalxaraq hücum edib. Deputatları parlamentin icraçıları ayırıblar. Bundan sonra dinləmələr davam edib.