5 may 2023 13:30
Hamiləliklə bağlı müəyyən risk qrupları mövcuddur ki, biz bu hamilə qadınlara bir qədər daha diqqətli yanaşmalıyıq.
Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova deyib.
O vurğulayıb ki, sosial-bioloji, yaş faktoru (yaşı 18-dən aşağı 40-dan yuxarı olan), bədən-çəki indeksi, zərərli vərdişlərdən istifadə (tütün məhsulları, spirtli içki, narkotik maddələr) halları artıq hamilənin risk qrupuna aid olduğunu göstərir: "Çoxsaylı (5-dən yuxarı) doğuşu olan, hazırkı hamiləliyi çoxdöllü olan, daha öncə sonsuzluqdan əziyyət çəkən, anamnezində vaxtından əvvəl doğuşu, dölün bətndaxili inkişaf ləngiməsi olmuş, ürək-damar sistemi, hipertenziv vəziyyətlər, böyrək xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlər kimi esktragenital problemləri olan qadınların hamiləliyində müəyyən fəsadlar yarana bilir. Buna görə də, belə qadınlar müntəzəm müayinələrdən keçməlidir ki, problem aşkarlanarsa müdaxilə vaxtında icra oluna bilsin".