METBUAT.AZ

Dünya

"Heç nə Ərdoğanın nüfuzuna təsir edə bilmədi" -

18 may 2023 16:42

Seçki öncəsi tez-tez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan xarici media qurumları 14 may seçkilərindən sonra onun ünvanına xoş sözlər yazmağa başlayıblar.

Metbuat.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşri yazır ki, zəlzələ, inflyasiya və tənəzzül, kimi amillər də Ərdoğanın qalib gəlməsinə mane ola bilməyib. “Le Figaro” seçkilərdə Ərdoğanın nüfuzunu qorumasına diqqət çəkib.

“Tamamilə adi hal olan 90%-dən çox yüksək seçici fəallığı ilə türklər seçki praktikasına və seçki qutusunun legitimliyinə dərin bağlılıqlarını bir daha nümayiş etdirdilər. Prezident Ərdoğanın məğlub olacağını proqnozlaşdırırdıq. Amma ilk turundan sonra o, populyarlığını qoruduğunu göstərdi. İstər inflyasiya olsun, istər tənəzzül olsun, istərsə də zəlzələdən sonra fəlakətin fəsadlarının aradan qaldırılması olsun, ictimaiyyətin tənqidləri hakimiyyətin reytinqinə xələl gətirmədi. Zəlzələdən birbaşa təsirlənən vilayətlərdə belə Ərdoğan və komandasına dəstək çox açıq şəkildə ifadə edildi”.


metbuat.az.