METBUAT.AZ

Dünya

Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir -

30 may 2023 16:59

Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan TOBB-un 79-cu Baş Assambleyasında çıxış edib.

Metbuat.az xəbər verir ki, Ankaradakı tədbirdəki çıxışında bir sıra məsələlərə toxunan Ərdoğan Cənubi Qafqazdakı durumdan da danışıb. O bildirib ki, Türkiyənin hədəfi Cənubi Qafqazda sabitliyi təmin etməkdir.

“Türkiyə Avropadan Qara dənizə, Orta Şərqdən Şimali Afrikaya qədər hər yerdə sabitliyi təmin etmək istəyir. Biz xüsusilə ətrafımızda sabitliyin təmin olunması üçün soyuqqanlı mövqeyimizi davam etdirəcək, diplomatiya yolunu tutacağıq” – Ərdoğan deyib.


metbuat.az.