2 may 2023 12:33
İsrail ordusu Hələb hava limanı və ətrafına raket hücumu təşkil edib.
Metbuat.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyindən verilən açıqlamada bildirilir ki, hücum nəticəsində 1 əskər şəhid olub, 2-si mülki olmaqla 7 nəfər yaralanıb. Hücum nəticəsində hava limanına böyük zərər dəyib. Açıqlamada o da qeyd olunur ki, raket hücumu zamanı hava hücumundan müdafiə sistemlərinin işlək vəziyyətdə olub. Nəticədə Hələb ətrafında bir neçə raketi vurmaq mümkün olub.
Qeyd edək ki, İsrail Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində İranın dəstəklədiyi Suriya qüvvələrinə, həmçinin Livan Hizbullahına və Suriya ordusunun mövqelərinə yüzlərlə hava zərbəsi endirib.