2 may 2023 09:40
Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb: "Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib. Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.
Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.