10 may 2023 14:28
Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov onunla olan xatirələrindən danışıb.
Metbuat.az xəbər verir ki, Heydər Əliyevin saysız-hesabsız şəkillərini çəkən R.Bağırovun ulu öndərlə ilk fotosunun maraqlı tarixçəsi var:
“Şəkil çəkdirməyə 8 saat vaxt ayırdı. Çəkiliş bitdikdən sonra mənə dedi ki, bəs sən mənimlə şəkil çəkdirmək istəmirsən? Daha sonra mühafizəçi bizim şəklimizi çəkdi”.
Ulu öndərlə bağlı xatirələrini bölüşən kinorejissor Vaqif Mustafayev isə onunla ölümündən bir müddət əvvəl baş tutan söhbətindən danışıb:
“2003-cü ildə məndən soruşdu ki, haqqımda neçə film qalıb? Dedim ki, 12 film nəzərdə tutmuşam, 5-i qalıb. Mənə elə söz söylədi ki, səhərə qədər yata bilmədim. Dedi ki, sən bu 5 filmi çəkməyi necə çatdıracaqsan? Vəfat edəndə nə demək istədiyini baş düşdüm”.