24 may 2023 10:54
Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.