METBUAT.AZ

Gündəm

İcra başçısı Bayram Səfərov Şuşada görüntüləndi -

10 may 2023 18:16

Şuşan Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu gün Şuşada keçirilən klunariya festivalında görüntülənib.

Metbuat.az Pravda.az-a istinadən xəbər verir ki, icra başçısı jurnalist Vüsal Məmmədovun festivaldan çəkdiyi canlı yayım zamanı kadra düşüb.

Xatırladaq ki, Bayram Səfərov Vətən müharibəsindən sonra Şuşaya gedib-getməməsi ilə bağlı sualları cavabsız qoyurdu.

Bir müddət əvvəl jurnalistin bu barədə sualına “sənə dəxli yoxdur, sən kimsən məndən hesabat soruşursan?!” cavabını verərək gündəmə gəlmişdi.



metbuat.az.