29 may 2023 16:44
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının rəsmi açılış mərasimi başlayıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Kristal Zalında keçirilən mərasimdə iştirak edir.
İyunun 4-də başa çatacaq mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.