METBUAT.AZ

Ölkə

İlham, Mehriban, Heydər və Ərdoğana şəhadətnamə verildi -

11 may 2023 14:29

Bakıda dünyaya gələn dördəmlərin ailəsinə doğum haqqında şəhadətnamələr təqdim edilib.

Metbuat.az bildirir ki, şəhadətnamələrin təqdim edilməsi Yasamal Rayon İcra Hakimiyyəti yanında Heydər Əliyev Mərkəzində həyata keçirilib.

Qeyd edək ki, Məmmədli ailəsinin 31 mart 2023-cü il tarixində dördəmləri dünyaya gəlib. Bir qız, üç oğlan övladı olan uşaqlara Heydər, İlham, Mehriban və Ərdoğan adları verilib.


metbuat.az.