16 may 2023 11:20
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Qoruq İdarəsindən məlumat verilib.
Babayev İntiqam Vaqif oğlu 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakultəsində, 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakultəsində təhsil alıb.
1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olmuşdur. İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayındək İçərişəhər Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
İntiqam Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenləri ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.