METBUAT.AZ

Dünya

İranı təhdid etdilər -

30 may 2023 15:50

Əfqanıstandakı “Taliban” hökuməti İranla sərhəddə baş verən toqquşmadan sonra Tehrana xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, müvəqqəti hökumətin Müdafiə Nazirliyi bəyan edib ki, Nimroz əyalətinin sərhəd bölgəsində baş verən toqquşma İran əsgərlərinin atəş açmasından sonra başlayıb. Açıqlamada Tehran təhdid edilərək “24 saat ərzində İranı işğal edəcəyik” deyə xəbərdarlıq edilib.

Qeyd edək ki, İran tərəfinin məlumatına görə, atışma zamanı bu ölkənin 2 sərhədçisi həlak olub. “Taliban” tərəfinin də ikti verdiyi bildirilir. Məlumata görə, “Taliban” döyüşçüləri “korrupsiyaya uğramış İran İslam Respublikası ilə Amerikaya qarşı müharibədən daha çox həvəslə” mübarizə aparacaqlarını bildiriblər. “Ağsaqqallar cihada icazə versələr, tezliklə İranı fəth edəcəyik”, - liderlərdən biri deyib.


metbuat.az.