METBUAT.AZ

Hadisə

İt dişləyən azyaşlıların

19 may 2023 13:01

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Abşeron rayon “Məzunlar Evi” Sosial Müəssisəsindən it dişləməsi xəsarəti ilə 2 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilən 5 yaşlı və 3 yaşlı uşaqlara lazımı ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

İlkin tibbi yardım göstərildikdən sonra 5 yaşlı uşaq başın və aşağı ətrafın dişlənmiş yarası diaqnozu ilə Uşaq cərrahiyyəsi şöbəsinə daha sonra Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Yaraları tikildikdən sonra əməliyyata ehtiyac olmayıb.

3 yaşlı uşaq bədənin müxtəlif nahiyələrinin çox saylı dişlənmiş, cırılmış yarası, ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra körpə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hər iki uşağın müalicələri davam etdirilir.


metbuat.az.