17 may 2023 09:32
İtaliya strateji şirkətləri və təchizat zəncirlərini dəstəkləmək üçün suveren fond yaradacaq.
Metbuat.az xəbər verir ki, bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso deyib.
Nazir fondun pensiya fondları, sığorta sektoru, dövlət və özəl sektorun maliyyə dəstəyinin strateji şirkətlərə yönəldilməsinə xidmət edəcəyini deyib. İlk növbədə ekoloji və rəqəmsal transformasiya üçün xammal tədarükünün təmin edilməsi, eləcə də mebel, tekstil, zərgərlik və yaxta istehsalında İtaliya məhsullarının istifadəsini təşviq etmək qarşıya məqsəd qoyulub. Həmçinin “Made in Italy” Gününün təsis edilməsi də təklif olunub.
Müvafiq qanunun bu həftə ərzində Nazirlər Şurasına təqdim olunacağı bildirilib.