9 may 2023 09:40
PSJ rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, klubun strateji müşaviri Luis Kampos Mourinyonun nümayəndəsi Xorxe Mendeşlə görüşüb. “Mundo Deportivo”nun xəbərinə görə, Kristofer Qaltye ilə davam etmək istəməyən PSJ növbəti mövsümdə Joze Mourinyonu kluba gətirməkdə qərarlıdır.
Bildirilir ki, PSJ "Roma" ilə 2024-cü ilə qədər müqaviləsi olan portuqaliyalı mütəxssis üçün təzminat ödəməyə də hazırdır. Joze Mourinyo təklifi rədd etməyib.
Qeyd edək ki, Joze Mourinyo ötən mövsüm "Roma" ilə UEFA Konfrans Liqasının qalibi olub. Mourinyo bu mövsüm isə “Roma”nı Avropa Liqasında yarımfinala yüksəldib.