17 may 2023 20:48
Ötən gün elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə maraqlı anlar yaşanıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, jurnalist Zülfiyyə Mustafayevanın mikrofon arxasına keçməsindən sonra baş verib.
Belə ki, jurnalist nazirə suallara verdiyi cavabların onun üçün qanedici olmadığını bildirib. O, Emin Əmrullayevə üz tutaraq qeyd edib ki, verilən açıqlamalar problemlərin həllinə işarə deyil.
Nazir isə öz növbəsində bu iradların onun üçün faydalı olduğunu bildirib və jurnalistin fikirlərinə davam etməsinə şərait yaradıb.
Həmin dialoqun videosunu təqdim edirik: