23 may 2023 04:11
Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşlı insanların ürək-damar sistemi üçün çox faydalıdır.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, bu qida məhsulu orta miqdarda hətta şəkərli diabeti olan yaşlı insanların rasionuna da daxil edilə bilər.
Təzə kartof qabığı ilə qəbul edildikdə daha faydalıdır, çünki o bağırsaq üçün faydalı olan lif və mineral maddələrlə zəngindir.