METBUAT.AZ

Dünya

Kılıçdaroğlu çətin duruma düşdü -

10 may 2023 15:42

Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Düzce rayonunda keçirdiyi mitinq zamanı diqqətçəkən hal yaşanıb.

Metbuat.az xəbər verir ki, Kılıçdaroğlunun mitinqində səhnə ilə üzbəüz binada plakat asılıb. Plakatda Kılıçdaroğlu ilə HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın əl sıxarkən fotosu əks olunub. Plakatın zərində isə "Söylə, bu meydanda! "İqtidara gəlsəm, Düzcedə uşaqlarımızı şəhid edən HDPKK-nın həmsədri Səlahəddin Dəmirtaşı azad edəcəm deyə" ifadələri yer alıb. Kılıçdaroğlu isə bununla bağlı danışmayıb.

Qeyd edək ki, PKK Kamal Kılıçdaroğluna açıq dəstək verir.



metbuat.az.