11 may 2023 10:42
2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,7 faiz təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Məlumata görə, aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.