METBUAT.AZ

Sosial

Kişilər və qadınlar bu başda pensiyaya çıxsın -

31 may 2023 00:18

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif edib.

Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır.

“Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın.”

Parlamentin plenar iclasında Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev isə 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini deyib.

Deputatlar Türkiyədəki prezident seçkilərinə münasibət bildiriblər.

Bu arada bir müddət əvvəl terrora məruz qalan Fazil Mustafa Milli Məclisin iclasına qatılıb. Deputat bildirib ki, bu cür hadisələr dövlət üçün çalışan insanları qorxutmaq gücündə deyil.

“Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”,- deyə Fazil Mustafa vurğulayıb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:



metbuat.az.