1 may 2023 16:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifətin “qalası” hesab edilən İzmirdə təşkil etdiyi izdihamlı mitinq dünya mediasının da diqqətini çəkib.
Dünya mediası yazır ki, on minlərlə insan Ərdoğanın mitinqinə toplaşıb. BBC, AFP, Yunanıstan mediası və digər mənbələr Ərdoğanın İzmirdə belə mitinq təşkil etməsinin önəminə diqqət çəkib. BBC-nin İzmirdəki mitinqlə bağlı reportajında "Kiçik narahatlıq keçirən Ərdoğan yenidən geri döndü. İzmirdə böyük bir izdiham saatlarla günəşin altında onu gözlədi" deyə vurğulayıb."Bu, tərəfdarlarına güvən verəcək və rəqiblərini narahat edəcək performans idi. Bu köhnə Ərdoğan idi” - BBC yazıb.