26 may 2023 16:33
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 14 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 11 nəfər sağalıb, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 831 803 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 442 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, bu günə qədər isə ümumilikdə 7 616 735 test icra olunub.