26 may 2023 12:35
Kremlə uğursuz pilotsuz təyyarə hücumunu kimin həyata keçirməsi hələ də müzakirə olunur.
Metbuat.az xəbər verir ki, ABŞ kəşfiyyatı hücumun Ukraynanın Rusiyadakı gizli əməliyyatlarından biri olduğunu ehtimal edir. “New York Times” qəzetinə danışan ABŞ rəsmiləri bildirib ki, ABŞ kəşfiyyatı hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyini dəqiq bilmir. Kəşfiyyat bunun Ukrayna ordusunun və ya orduya bağlı kəşfiyyatın Rusiyadakı gizli əməliyaytlarından biri olduğunu güman edir.
Məlumata görə, ABŞ kəşfiyyatı hücumun əvvəlcə ictimaiyyəti çaşdırmaq məqsədi ilə Rusiyanın özü tərəfindən təşkil edildiyini güman edib. Lakin rusiyalı rəsmilərin dinlənməsindən sonra ABŞ bunun real olmadığını müəyyən edib.