METBUAT.AZ

Ölkə

Laçın postunda separatçıları məyus edən həmlə:

3 may 2023 00:07

Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan nəzarət-buraxılış məntəqəsində 24 saat peşəkar xidmət göstərilir.

Metbuat.az xəbər verir ki, bu barədə AzTV reportaj hazırlayıb.

Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsinə və gecə saatlarına baxmayaraq sərhədçilərimiz iş başındadırlar.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Həmin reportajı təqdim edirik:



metbuat.az.