METBUAT.AZ

Dünya

Latviyanın xarici işlər naziri prezident seçildi

31 may 2023 16:24

Latviya parlamenti Edqars Rinkeviçi ölkə prezidenti seçib.

Metbuat.az xəbər verir ki, parlamentdə keçirilən səsvermənin üçüncü turunda Edqars Rinkeviç lazım olan səsi toplaya bilib. Prezidentin seçilməsi üçün 100 deputatdan azı 51-nin səsi lazım olub. Edqars Rinkeviç isə 52 səs qazanıb.

O, indiyədək xarici işlər naziri vəzifəsində çalışırdı.


metbuat.az.