METBUAT.AZ

Dünya

Lavrov hədələdi:

5 may 2023 15:23

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kreml sarayına edilən hücuma sözlə deyil, əməllə cavab verəciləyini vurğulayıb.

Metbuat.az xəbər verir ki, Hindistanda Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri toplantısı çərçivəsində mətbuat konfransı keçirən Lavrov Kreml sarayına pilotsuz təyyarələrlə hücum cəhdindən danışıb.

"Bu, açıq-aşkar düşmənçilik hərəkəti idi və çox aydındır ki, Kiyevdən olan terrorçular bunu öz ağalarının xəbəri olmadan edə bilməzlər. Biz buna konkret hərəkətlərlə cavab verəcəyik. Bizim çox səbrimiz var”, - Lavrov bildirib.

Qeyd edək ki, Kreml rəsmiləri Ukraynanın iki PUA ilə Kreml sarayına hücum etməyə çalışdığını və hava hücumundan müdafiə sistemlərinin vaxtında işə düşməsi ilə PUA-ların vurulduğu açıqlayıb.


metbuat.az.