METBUAT.AZ

Hadisə

​Lənkəran-Lerik yolunda ağır qəza -

4 may 2023 11:55

Lənkəran-Lerik yolunda baş verən avto qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, hadisə ilə əlaqədar 04.05.2023-cü il tarixində saat 09:59 radələrində 2 nəfər təcili tibbi yardım maşını ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicələri davam etdirilir.

Vəziyyətləri stabildir.


metbuat.az.