METBUAT.AZ

Ölkə

Leyli Mirzəyevaya İcra Hakimiyyətində

11 may 2023 13:43

Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.

O, bu vəzifədə 2016-cı ildən çalışırdı.


metbuat.az.