METBUAT.AZ

Dünya

Londonda III Çarlzın tacqoyma mərasimi keçirilir -

6 may 2023 14:26

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başlayıb.

Metbuat.az xəbər verir ki, Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometrdir.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.



metbuat.az.