24 may 2023 09:28
Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Prezident yerli mətbuata bildirib ki, onun haqqında yayılan məlumatlar şayiədir. Onda adenovirus var: "Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun! Bu, messencerlərdə və "Telegram" kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Mənim müalicə olunmağa vaxtım yox idi. Moskvaya, sonra iməciliklərə, sonra Qrodnoya, sonra Qomelə getməliyəm, bütün bunlar yığılıb. Ona görə də mən ölməyəcəyəm, uşaqlar. Siz hələ çox uzun müddət əzab çəkəcəksiniz", - deyə o qeyd edib.