15 may 2023 09:54
Belarus Prezidenti Aleksandr Lukaşenko böyük bir dövlət səviyyəsində qeyd edilən bayrama qatılmayıb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, 68 yaşlı Lukaşenkonun mərasimdə məktubu baş nazir tərəfindən oxunub.
Nəşr yazır ki, keçən həftə o, 9 May Qələbə Günü paradından sonra prezident Vladimir Putinlə nahardan imtina edərək Moskvanı tərk edib.
BBC qeyd edir ki, o, sonuncu dəfə mayın 9-da - Rusiya paytaxtından qayıtdıqdan bir neçə saat sonra Belarusun özünün Qələbə Günü qeyd etmələri zamanı paytaxt Minskdə xalq qarşısında gül dəstələri qoyarkən görülüb.
Qeyd edək ki, mətbuat Aleksandr Lukaşenkonun səhhətində probelmlərin olduğunu yazır.