METBUAT.AZ

İdman

“Marxal Şəki” - “Xəzər Lənkəran 42” oyunu ilə bağlı qalmaqal -

9 may 2023 21:26

İlk baxışdan adi bir futbol matçı kimi görünsə də, oyundan sonra baş verənlər böyük qalmaqala səbəb olub. Region liqasının ¼ final mərhələsinin ilk oyununda “Xəzər Lənkəran 42” komandasını qəbul edən “Marxal Şəki” klubu doğma azarkeşlər önündə 3:1 hesabı ilə qələbə qazanıb. Maraqlısı budur ki, Şəki komandası Lənkəran klubunda “lipa” futbolçuların oynadığını iddia edir. Daha dəqiq desək, region liqasının əsasnaməsinə görə çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. Lakin cənublular Şəkidəki görüşdə peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib. Buna görə də Şəki sakinləri Lənkəran klubuna qaydalara uyğun olaraq texniki məğlubiyyət verilməsini istəyir.

Mövzu ilə bağlı “Marxal Şəki” klubunun rəsmisi Xanlar Kərimov açıqlama verib...

“Xəzər Xəbər”in araşdırmasından sonra Elvin Mirzəyevin Tacikistanın əsas liqasında çıxış edən "Fayzkand" klubu ilə olan müqaviləsini də əldə etdik. Məlum oldu ki, müqavilə ötən ilin dekabrında bitib. Amma region liqasının cari mövsümü daha əvvəl başlayıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasnın (AFFA) şöbə müdiri Yusif Vəliyev isə deyib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Metbuat.az daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:


metbuat.az.