18 may 2023 16:32
Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə iddia edilir ki, həmin quyu SOCAR tərəfindən qazıldığı bildirilir. Qeyd edilir ki, həmin ərazidə bu formada quyular var, nəzarətsiz qalıblar və üstləri açıqdır.
Məsələ ilə bağlı açıqlama verən SOCAR-dan bildirilib ki, yayılan iddialar doğru deyil: "Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk", - deyə məlumatda qeyd edilib.
Gülər Seymurqızı