METBUAT.AZ

Dünya

Medvedev xəbərdarlıq etdi:

31 may 2023 11:33

"London Moskvaya qarşı faktiki olaraq elan olunmamış müharibə aparır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. O qeyd edib ki, Ukraynaya Britaniya tərəfdən dəstək verən kim olursa olsun əgər onlar müharibənin davam etməsinə töhfə verirsə bu halda həmin şəxslər qanuni hərbi hədəf hesab edilə bilər.

Xatırladaq ki, Medvedev bu açıqlamanı Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə cavab olaraq ifadə edib. Bir neçə gün öncə britaniyalı siyasətçi Moskvaya pilotsuz təyyarə faktı ilə bağlı hücumu şərh edərkən, Ukraynanın öz ərazisindən kənarda Rusiya Federasiyasına qarşı hücumlar həyata keçirmək hüququna malik olduğu bildirib.


metbuat.az.