METBUAT.AZ

Dünya

Məğlubedilməz lider Türkiyəni qlobal gücə çevirib -

9 may 2023 16:10

“Vaşinqton Post” qəzetində Türkiyədəki seçkilər barədə məqalə dərc edilib.

Metbuat.az xəbər verir ki, məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın 2002-ci ildən bəri hər zaman qalib gəldiyi vurğulanıb və hazırda da güclü nüfuzunun olduğu qeyd edilib. Müəllif qeyd edib ki, Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin regional və beynəlxalq gücü və rolu əhəmiyyətli dərəcədə artıb.Təhlildə deyilirdi ki, 69 yaşlı Ərdoğan seçki kampaniyasına gedərkən özünü “evindəki” kimi hiss edir. Ərdoğanın hakimiyyətdə olduğu dövrdə vergilərin azaldılması, ucuz ipoteka kreditləri, enerji subsidiyaları, yol və körpü rüsumlarını artırmamaq öhdəliyi də daxil olmaqla iqtisadi həmlələrin xalq tərəfindən xoş qarşılandığı vurğulanıb.

Məqalədə müxalifətlə iqtidarın bir-birinə qarşı müxtəlif ittihamlar səsləndirdiyini, müxalifətin xüsusilə terror təşkilatı PKK-ya dəstək verməkdə ittiham edildiyi diqqətə çatdırılıb.



metbuat.az.