5 may 2023 00:40
Prodüser Oqtay Əliyevin vəfatı ilə nəticələnən qəzadan yaralı şəkildə xilas olan Xalq artisti Mehriban Zəki efirə qayıdıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, məşhur teatr aktrisası AzTV-nin efirində aparıcısı olduğu “Güzgü” proqramının çəkilişlərində yer alıb. Proqram qısa müddət sonra tamaşaçılara təqdim olunacaq.
Xatırladaq ki, M. Zəki martın 22-si Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, mərhumun xanımı Dilarə Əliyeva yaralanıb.