METBUAT.AZ

İdman

Messiyə 100 milyonluq təklif

26 may 2023 17:01

PSJ klubu futbolçusu Lionel Messini heyətində saxlamaq üçün yeni təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, PSJ Messiyə 1+1 illik şərtlərlə 100 milyon avro məvacib təklif edib. Məlumata görə, Messi təklifi hələlik rədd etməyib.

Qeyd edək ki, təcrübəli oyunçunun sözləşməsi yayda başa çatacaq. Argentinalı forvard cari mövsüm komanda ilə bütün turnirlərdə 39 matça çıxıb, 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.


metbuat.az.