METBUAT.AZ

Ölkə

Millət vəkilindən TƏKLİF:

3 may 2023 11:30

Xəbər verdiyimiz kimi, aprelin 28-də Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verdi. Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan ANAMA-nın üç əməkdaşı Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak oldu.

Metbuat.az xəbər verir ki, bu faciəvi hadisə barədə danışan millət vəkili Razi Nurullayev hesab edir ki, ən ağır və ən təhlükəli işlə məşğul olan ANAMA və əməkdaşları ilə bağlı sosial qayğının, əmək haqqının, sığorta və onların ölümündən sonra özlərinə və ailə üzvlərinə hansı münasibətin sərgilənməsi məsələsini gündəmə gəlməlidir.

"Burada bir neçə yanaşma ola bilər. Mənim ANAMA və əməkdaşları ilə yaxın münasibətim var, orada işləyən tanış və dostlarım var, onlar narahatlıq və fikirlərini mənimlə bölüşürlər. ANAMA əməkdaşlarının əmək haqqına gərək yenidən baxılaraq onların ölümündən sonra şəhidlik statusunun verilməsi məsələsi gündəliyə çıxarılmalıdır. Bir ailə öz ailə başçısını itirirsə və bu işğaldan azad olunan Qarabağda vəzifə borcunu yerinə yetirən zaman baş verirsə, o zaman elə bu şəhidliyə bərabər tutulmalı məsələdir".

Millət vəkili onu da qeyd edib ki, ANAMA işçilərinin əmək haqlarının artırılmaqla bərabər, onlara və ailə üzvlərinə güzəştlər nəzərdə tutulmalıdır. Razi Nurullayev daha bir təklif edərək vurğulayıb ki, ANAMA-nın həlak olan əməkdaşları isə şəhid statusuna bərabər tutulmalıdır.

METBUAT.AZ



metbuat.az.