6 may 2023 13:11
Milli Məclisin bir qrup deputatı mayın 8-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Nurlan Həsənov Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 12-də başa çatacaq.