25 may 2023 15:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.
Nazirlikdən Metbuat.az-a bildirilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.