11 may 2023 10:34
Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayıb.
Metbuat.az təqdim edir:
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.