METBUAT.AZ

Dünya

Müxalifət Ərdoğanın məmləkətinə səs salmaq istədi -

11 may 2023 12:01

Millət ittifaqının Rizə vilayətində keçirilən mitinqi birmənalı qarşılanmayıb.

Metbuat.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun qatıldığı mitinqdən əvvəl ərazidə diskotekada səslənən mahnılar səsləndirilib. Sosial media istifadəçiləri “mitinqi diskoteya çeviriblər” deyə rəylər yazıb.

Qeyd edək ki, Rizə Prezident Rəcəb Tayyib Ərdoğanın məmləkətidir. Sosial media istifadəçiləri yazır ki, Ərdoğanın müxalifətin qalası hesab edilən İzmirdə təntənəli mitinq təşkil etməsi, müxalifəti narahat edib. Onlar da Ərdoğanın məmləkətində gündəm olacaq mitinq təşkil etmək istəsələr də, birmənalı qarşılanmayıb.


metbuat.az.