14 may 2023 14:02
Türkiyədə müxalifətin hakimiyyətə gəlməsi məni narahat edir.
Metbuat.az xəbər verir ki, bunu Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis deyib.
“Türkiyə on illərdir daimi daxili vətəndaş qarşıdurması vəziyyətindədir. Qorxuram ki, kamalçılar qalib gəlsələr, daha təhlükəli olacaqlar. Keçmişə baxın, 1974-cü ildə Türkiyədə böyük millətçilik və antiellinizm alovlananda hökumətdə kimlər idi?”, - Varifakis bildirib.