METBUAT.AZ

Siyasət

NATO Baş katibinin nümayəndəsi Azərbaycandadır

26 may 2023 13:53

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.

Metbuat.az xəbər verir ki, bunu o, tviterdə yazıb.

X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.


metbuat.az.