16 may 2023 13:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.
Mətbuat.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının gündəliyində duran məsələlərdən biri də “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanununda dəyişiklik edilməsi idi.
Sözügedən məsələ bu sessiyada öz həllini tapıb.
Beləki, əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların əmək haqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.