METBUAT.AZ

Ölkə

Naxçıvanda yeni komissiya yaradılıb

17 may 2023 12:32

Naxçıvan Muxtar Respublikasında ötən il aparılan tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün komissiya yaradılıb.

Metbuat.az xəbər verir ki, Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, Nazirlər Kabinetinin 3 may 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb təqdim edilməsi məqsədilə Komissiya yaradılıb.


metbuat.az.